Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub

Çempionlar Liqası: "Mançester Yunayted" və "Borussiya" növbəti mərhələdə
Keçən gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Cavab oyunları çərçivəsində son 2 qarşılaşma baş tutub.

Bu oyunlardan biri Almaniya, digəri İngiltərədə keçirilib. Dortmundda yerli “Borussiya” Rusiya “Zenit”ini qəbul edib. Yeni baş məşqçi Andre Villaş-Boaş ilk matçında səfərdə 2:1 hesablı qələbə qazansa da, iki oyunun nəticəsinə uyğun olaraq (5:4) "Zenit" turniri tərk edib.

İngiltərə çempionatında ən uğursuz mövsümlərindən birini keçirən “Mançester Yunayted” isə mərhələ adlaya bilib. İngilislər Yunanıstandakı iki cavabsız qola doğma divarlar arasında üç qolla cavab verərək, iki oyunun nəticəsinə görə (3:2) 1/4 finala yüksəliblər.
1400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01