Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

ARDNŞ 15 fəhləni namaz qıldıqları üçün işdən qovdu

Bakıda yeni olimpiya stadionunun tikintisində çalışan fəhlələrin 15 nəfəri işdən çıxarılıb.

Bu barədə blogger Mehman Hüseynov məlumat yayıb.

Xəbərdə deyilir ki, həmin fəhlələr bir yerdə namaz qıldıqları üçün işdən azad ediliblər. Artıq baş verənlərlə bağlı İslam Həmdəmov və Elşən Məmmədov adlı işçilər islamazeri.az saytına açıqlama verərək faktı təsdiqləyiblər.

Yada salaq ki, bu günlərdə sosial şəbəkələrdə 15 fəhlənin yeni tikilən olimpiya stadionunun həyətində bir yerdə namaz qıldığını əks etdirən fotoşəkil yayılmışdı. Dövlət Neft Şirkətinin rəsmi şəxsləri tikinti meydançasına gələndən sonra (tikintiyə ARDNŞ rəhbərlik və nəzarət edir) həmin fəhlələr işdən azad olunub. Digər fəhlələrə isə ciddi xəbərdarlıq edilib.
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı