Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

BMT-də ABŞ və Rusiyanın səfirləri arasında qovğa düşüb

Martın 19-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının sessiyası çox gərgin keçib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, toplantıda iştirak edən dövlətlərin təmsilçiləri Krımın Rusiyaya birləşdirilməsini mühakimə edib.

Rusiyanın qurumdakı təmsilçisi Vitali Çurkin ABŞ-ın nümayəndəsi Samanta Pauerdən «Rusiya təhqir etməyi» dayandırmasını tələb edib.

Rusiyalı diplomat BMT TŞ-dakı çıxışında bildirib ki, Krımda «referendum qanunvericilik normalarına uyğun və krımlıların öz müqəddəratını təyinetmə hüquq əsasında» keçirilib.

Samanta Pauer cavabında Krımın işğalını oğurluqla müqayisə edərək,deyib: «Cənab Çurkin təsdiq edir ki, onun mühakiməsi Tolstoy və Çexovunkundan daha mükkəmllədir».

«Ölkəmizin ünvanına təhqiredici fikrilər qəti qəbuledilməzdir. Xanım Pauer onu da bilməlidir ki, biz Təhlükəsizlik Şurasında başqa məsələlər üzrə də əməkdaşlıq etməliyik»-deyə, Çurkin bildirib.
1202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:42