Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

“Hacıbala əlini Qurana basmışdı, amma..."

Ticarətçilər: “Hacıbala əlini Qurana basıb, dedi ki...”

“Xalqlar dostluğu” metrostansiyasında obyektləri sökülən ticarətçilər də etirazlara hazırlaşır. Onlardan bir qrupu redaksiyamıza müraciət ediblər. Ticarətçilər musavat.com-a bildiriblər ki, onların hamısının banklara borcu var.

Tacirlər hökumətdən möhlət istəyir və banklara göstəriş verilməsini xahiş edirlər. Şikayətçilərin sözlərinə görə, təkcə bu stansiyanın bir keçidində işləyən tacirlərin banklara 310 min kredit borcu var: “Hacıbala Abutalıbov bizimlə görüşdü. Əlini Qurana basıb dedi ki, ayın 27-dək köşkləriniz sökülməyəcək. Amma 10 gün qabaqdan gəlib bir gecənin içərisində dükanlarımızı sökdülər. Bizə dedilər ki, yerləri boşaltmasanız, mallarınız da söküntünün içində gedəcək. İndi hamının banklara borcu qalıb. Biz xahiş edirik ki, banklara göstəriş verilsin".

Ticarətçilərin konkret təklifləri də var: "Kredit ödənişləri bir müddət dondurulsun. Ta o vaxtacan ki, işimiz sahmana düşsün, kreditləri ödəyə bilək. Onda bərpa edilsin. Bu dəqiqə heç kimin pulu yoxdur. Burada adam var, ayda 600 manat, eləsi də var, 400 manat kredit ödəyir. Bizə heç olmasa bu tərəfdən köməklik göstərilsin”.
1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...