Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

"Hüquqlarım beynəlxalq səviyyədə də pozulub"

“Mənim hüquqlarım təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də pozulub. ABŞ Dövlət Departamentinin və ATƏT-in hesabatlarında məni cinayətkar kimi elan ediblər. Hansı haqla? Mən terrorçuyam, yoxsa dövlət əhəmiyyətli bir cinayət törətmişəm?”

APA-nın məlumatına görə, bunu keçmiş deputat Gülər Əhmədova bu başlayan məhkəmə prosesində çıxışı zamanı deyib.

G. Əhmədova bildirib ki, söhbət təkcə ondan yox, ABŞ-da təhsil alan oğlundan və digər övladlarından gedir: “Bununla onların həyatlarını təhlükəyə atırlar. Əl-qolum bağlıdır deyə, adına siyasətçi deyən bir neçə nəfər ağzına gələni danışır. Həbsdə olmasaydım, onların heç biri buna cürət etməzdi.

Keçmiş həmkarım Cəmil Həsənli mənə mandat alverçisi deyib. Gəlsin bura, ona çox şeyi sübut edərəm. Onun kimi qadın dalınca danışan deyiləm. Cəmil Həsənli və onun yanında oturan mandatı əlindən çıxanlar hansı mandatı pulla almışdı? Mən Cəmil Həsənli, ABŞ və ATƏT nümayəndələrini burada görmək istəyirəm”.
3491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP