Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

Taleh Bağırovun şikayəti təmin edilmədi

Martın 19-da ilahiyyatçı Taleh Bağırov haqda Bakı Apellyasiya Məhkəməsinin ilkin baxışından verilən kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Vəkil Cavad Cavadlı “Media forum” saytına bildirib ki, kassasiya şikayətinin verilməsinə səbəb əvvəlki instansiyanın ilkin baxış mərhələsində həll etməli olduğu məsələləri həll etmək istəməməsidir: “Kassasiya şikayətində bir neçə məsələ vurğulanmışdı. Birincisi, işə baxılarkən Taleh Bağırovun həbsdə saxlanmasının müddəti 14 gün idi bitmişdi. Taleh Bağırov qanunsuz olaraq həbsdə saxlanırdı. Bundan başqa birinci instansiya məhkəməsində sübutlar, ziddiyyətli şahid ifadələri düzgün qiymətləndirilməmişdi. Bu səbəbdən kassasiya şikayətində apellyasiya baxışının məhkəmə istintaqı ilə və həbs qətimkan məsələsinə münasibət bildirilərək aparılmasını istəmişdik. Təəssüf ki, şikayət təmin edilmədi.

Taleh Bağırovun şikayəti artıq Avropa Məhkəməsindədir. Biz onun azadlıqdan məhrum edilməsi ilə bağlı qərarı alandan sonra məhkəmə baxışını gözləmədən əlavə şikayət göndərəcəyik. Apellyasiya məhkəməsindən, ümumiyyətlə digər yerli məhkəmələrdən heç bir gözləntimiz yoxdur”.

Taleh Bağırov ötən il martın 31-də tutulub. Noyabrın 1-də Sabunçu Rayon Məhkəməsi onu qanunsuz narkotik vasitə saxlamada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsinə şikayətdə bu hökmün ləğvi istənilib.
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber