Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

Sumqayıtda dövlət bayrağımızı ayaqaltı etdilər - Foto

Azərbaycan bayrağına düşmənsayağı münasibət nə ilə izah edilə bilər?

Eldəniz Quliyev: «Azərbaycan bayrağını ayaq altına atmaq dövləti cinayətdir və bunu bağışlamaq olmaz»

Azərbaycan dövlət bayrağının təsviri Sumqayıt şəhərinin mərkəzi avtomobil yoluna, piyadalar üçün keçid zolağı əvəzinə həkk edilib. Səhər saatlarında iş yerlərinə gedən Sumqayıt sakinləri belə bir mənzərədən təəccübləniblər. Həm də bu, yolun tək bir hissəsində yox, yol boyu bir neçə yerdə təkrarlanıb.

Bir qrup Sumqayıt sakini isə asfalt üzərindəki bayrağımızın görüntülərinin həm foto, həm də videosunu qəzetimizin elektron ünvanına göndəriblər. Gün ərzində redaksiyamıza bu məsələ ilə bağlı çoxsaylı zənglər də daxil olub. Sakinlər dövlət bayrağına qarşı bu münasibəti olduqca anlaşılmaz və vicdansız addım kimi dəyərləndiriblər. Vətəndaşlar bu ideyanın müəllifinin icra hakimiyyəti olduğunu düşünür. Çünki şəhərdə hər şey onun nəzarəti altındadır və heç kim belə səs-küy doğuracaq bir işi onun razılı olmadan edə bilməz. Üstəlik, bir gün əvvəl Sumqayıt küçələrində icra başçısı Eldar Əzizovun göstərişi ilə növbəti “qeyri-adi” şənlik (Novruz bayramı ilə bağlı) keçirilib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Icra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da bu mümkün olmadı.

Baş verəni şərh edən Azərbaycan Ziyalılarÿ Birliyinin sədri Eldəniz Quliyev vurğulayıb ki, baş verən Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir: “Bu, Sumqayıt rəhbərliyinin hakimiyyətə yarınmağından doğan bir qüsurdur. Azərbaycan bayrağını ayaq altına atmaq, avtomobil yoluna həkk etmək dövləti cinayətdir və bunu bağışlamaq olmaz”.

1127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04
Mədə ağrılarından, q