Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

BMT-nin baş katibi Putinlə görüşdü

Kremldə baş tutan görüşdə Rusiya-Ukrayna münasibətləri əsas müzakirə mövzusu olub
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Kremldə baş tutan görüşdə Rusiya-Ukrayna münasibətləri əsas müzakirə mövzusu olub. Pan Gi Mun məsələ ilə bağlı çıxışında hər iki ölkə arasında yaranmış gərgin vəziyyətə görə narahatlığını ifadə edib.

"Təşkilatın lideri olaraq mən hər iki ölkə arasında yaranmış vəziyyətə görə narahatlığımı gizlədə bilmərəm. Rusiya təkcə Birləşmiş Millətlər Təşkilatı daxilində deyil, bütün dünyada lider ölkə olaraq vacib rol oynayır".

Putin isə öz növbəsində çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə rolunu dəstəklədiyini bildirib.

Xatırladaq ki, Rusiya Dövlət Duması Qərb ölkələrinin hədələrinə baxmayaraq, ötən gün səsvermə yolu ilə Krımın birləşdirilməsini təsdiqləyib.
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP