Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

Bakı avtovağzalında bilet davası- (Fotolar)

Bu gün Novruz bayramı ilə bağlı əhalinin rayonlara üz tutması paytaxt avtovağzalında sıxlıq və gərginlik yaradıb.

Səhər saat 7 radələrində artıq avtovağzalda yüzlərlə sərnişin rayon avtobuslarına minmək üçün basabas salıblar.

Əhalinin çoxluğundan istifadə edən avtovağzal rəhbərliyi isə biletlərin qiymətini artırıb. Gəncə, Quba, Qusar, Şəki, Oğuz istiqamətinə gedən sərnişinlər bildiriblər ki, yol pulu iki dəfəyə yaxın artırılıb.

Vətəndaşların bir hissəsi bahalaşmaya etirazını bildirsə də, vəziyyət dəyişməyib. Sürücülər və bilet pulu yığanlar bildiriblər ki, onlara qiymətləri qaldırmaq avtovağzal rəhbərliyi tərəfindən verilib. Özünü avtovağzal rəsmiləri kimi təqdim edən şəxslər isə vətəndaşlara bildiriblər ki, bahalaşma qərarı rəhbərlik tərəfindən verilib və bayram ərəfəsində- hələ bir neçə gün də belə olacaq.

Həmçinin narazılıq edən vətəndaşlara avtobus göndərilməsi ləngidilib. İnsanlar saatlarla yolda qalaraq minik gözləmək və sonunda baha qiymətə avtobuslara minmək məcburiyyətində qalıblar. Gərginlik günorta saatlarına qədər davam edib ("Yeni Müsavat").

1199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber