Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

“Ruslarla döyüşə girmək fikrimiz yoxdur”

Obamadan etiraf: “Ruslarla döyüşə girmək fikrimiz yoxdur”
ABŞ prezidenti Barak Obama nəhayət açıq bildirib ki, onun ölkəsi Ukraynaya görə Rusiya ilə döyüşə girmək niyyətində deyil. Virtualaz.org saytı xəbər verir ki, Obama NBC telekanalına müsahibəsində Birləşmiş Ştatların Ukrayna ətrafındakı böhrana hərbi müdaxiləni istisna etdiyini deyib. “Biz Ukraynadakı vəziyyətə hərbi müdaxilə etmək niyyətində deyilik. Çünki daha yaxşı yol var. Hesab edirəm ki, ukraynalılar da bizim ruslarla döyüş əməliyyatlarına başlamağımızın yersiz olacağını etiraf edərdilər. Bu, heç Ukraynanın da xeyrinə olmazdı” deyə ABŞ prezidenti bildirib.

ABŞ prezidenti deyib ki, hərbi yolun əvəzində Rusiyaya qarşı sərt iqtisadi sanksiyaların tətbiqi və diplomatik təzyiqlər daha effektiv olardı. O, hazırda Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalardan “daha dağıdıcı” sanksiyaların tətbiqinin mümkün olduğunu bildirib. “Əlbətdə, bizim Ukraynaya görə Rusiya ilə əsl müharibəyə girməyimizə zərurət yoxdur. Ukraynalılar bunu istəmir, heç kim istəmir” deyə Obama vurğulayıb.

NATO-nun Baş katibi Andres Foq Rasmussen isə Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı deyib ki, Krımın birləşdirilməsi Rusiyanın qlobal strategiyasının bir hissəsidir. O, Rusiyanın Ukraynanın şərq regionlarını da ələ keçirə biləcəyindən narahatlıq ifadə edib. “İndi biz daha çox ondan narahatıq ki, Rusiya Ukraynanın şərq regionlarına da müdaxilə edəcəkmi” deyə Rasmussen bildirib.

NATO Baş katibi deyib ki, Rusiyanın Krımı ələ keçirməsi alyansın adi silahlar və nüvə balansı doktrinasına yenidən baxmağa məcbur edəcək. Onun fikrincə, Ukraynadakı böhranla bağlı NATO üzvləri öz hərbi büdcələrini atırmaq barədə düşünəcəklər.

NATO Baş katibi Vaşinqtona səfəri zamanı ABŞ prezidenti və müdafiə naziri, digər rəsmilərlə görüşüb və Ukraynadakı vəziyyəti müzakirə edib.
1197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber