Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

Rusiyadan ABŞ-a hədə dolu mesaj

Bu gün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlamışdı. Bundan dərhal sonra Rusiyada ABŞ-a qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Rusiya da amerikalı səlahiyyətli nümayəndələrə qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib və onların bank hesabları dondurulub.

ABŞ-ın Rusiyaya qarşı sanksiyaların tətbiqinə start verilməsindən dərhal sonra Rusiya Xarici İşlər Nazirliyi bəyanat verərək bildirib ki, "Kimlərinsə şübhəsi olmasın, Rusiyaya qarşı düşməncə atılacaq hər bir addımın cavabı veriləcək".

Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın köməkçiləri Daniel Pfayffer, Benjamin Rods, Nümayəndələr Palatasının spikeri Con Beyner, senator Con Makkeyn, ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Kerolayn Atkinson, Senatda Çoxluqlar fraksiyasının lideri Qarri Rid, Senatın xarici işlər üzrə Komitəsinin sədri Robert Menendes, senator Meri Lendryu və senator Daniel Koysun Rusiya ərazisinə girişi qadağan edilib.
1304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
20.05.17, 16:13