Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Güləşçilərimiz Rusiyada 5 medal qazandılar

Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci dəfə keçirilən "Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb. İki gün davam edən turnirdə sərbəst güləş yığmamızın üzvləri 1 gümüş və 4 bürünc medal qazanıblar.

Milli.Az Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirin ilk günündə 55 kq çəki dərəcəsində təmsilçilərimiz bürünc medal görüşündə üz-üzə gəliblər. Mircəlal Həsənzadə ilə gərgin keçən görüşü Ruslan Surxayev qələbə ilə başa vurub. 60 kq-da Məhəmməd Müslümov həlledici görüşdə Çeçenistan təmsilçisi Coxar Cabayevdən – 7:0, 84 kq çəkidə Məhəmmədhacı Xatiyev dağıstanlı Dauren Kuruqliyevdən – 5:0 üstün olub.

Yarışların ikinci günündə mübarizəyə qoşulan Cəbrayıl Həsənov (74 kq) finala qədər maneəsiz irəliləyib. Finalda dağıstanlı Hacı Hacıyevlə görüşü uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

120 kq-da mübarizə aparan Aslan Dzebişov isə bürünc medal qazanıb. Güləşçimiz həlledici görüşdə Rusiya təmsilçisi Azamat Kişevi məğlub edib.
1947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...