Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2014

“Rusiya Federasiyası öz ordusunu Ukraynaya göndərməyəcək”

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-lı həmkarı Çak Heygelə deyib.

Bu informasiyanı Pentaqonun rəsmisi, kontr-admiral Con Kirbi mətbuata yayıb.

Rusiya müdafiə nazirliyindən isə bildiriblər ki, hər iki nazir Krım və Ukraynadakı vəziyyəti telefonla danışarkən müzakirə ediblər. Şoyqu ABŞ-ın müdafiə nazirinə deyib ki, hadisələri gərginləşdirməyə ehtiyac yoxdur, lazım gələrsə, problemin həll edilməsi üçün danışıqlar aparmağa hazırdır.

“Şoyqu deyib ki, Ukrayna sərhədində yerləşən rus qoşunları hərbi təlim keçmək üçün ordadırlar və Ukrayna ərazisinə daxil olmaq fikirləri yoxdur”, - deyə Pentaqonun rəsmisi, kontr-admiral Con Kirbi jurnalistlərlə görüşü zamanı deyib.
1103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq