Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2014

72 ukraynalı komandir Rusiyanın tərəfinə keçdi

Krım Muxtar Respublikasına dislokasiya edilmiş Ukrayna Silahlı Qüvvələrinin 72 hərbi bölməsi və müəssisələrində Rusiya bayrağı qaldırılıb.

"İnterfaks" agentliyi bu barədə Krım rəhbərliyinə istinadən xəbər yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin həmin hərbi bölməsinə və müəssisəsinə 6 hərbi gəmi, Ukrayna Hərbi-Dəniz Qüvvələrinə məxsus 25 gəmi daxildir. Bu hərbi hissələrin komandirləri könüllü olaraq Rusiya Silahlı Qüvvələrində hərbi xidmətlərini davam etdirməyə qərar veriblər. Hazırda sözügedən qarnizonlarda və gəmilərdə Rusiya Federasiyasının bayrağı dalğalanır” - deyə Krım rəhbərliyinin verdiyi açıqlamada bildirilir.

Yada salaq ki, ukraynalı hərbçilər bu addımı Purtinin Rusiya tərəfinə keçən hərbçilərin rütbələrinin tanınancağı barədəki bəyanatından sonra atıb.
1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP