Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2014

Rusiya da ABŞ-a sanksiya tətbiq etdi

Rusiya xarici işlər nazirliyi öz saytında Rusiyanın cavabı kimi ABŞ məmurlarına tətbiq edəcəyi siyahını açıqlayıb
ABŞ-ın Krıma görə Rusiya məmurlarına və bəzi iş adamlarına sanksiya tətbiq etməsi rəsmi Moskvanı çox qıcıqlandırıb. Belə ki, Rusiya xarici işlər nazirliyi öz saytında Rusiyanın cavabı kimi ABŞ məmurlarına tətbiq edəcəyi siyahını açıqlayıb.

ABŞ prezidenti Barak Obamanın köməkçiləri Daniel Pfayffer və Benjamin Rods, Nümayəndələr Palatasının spikeri Con Beyner və senator Con Makkeyn Rusiyanın “qara siyahısı”na düşüb.

Ümumiyyətlə isə tətbiq ediləcək sanksiyada ABŞ-ın 9 məmurunun adı var.

Əldə edilən məlumata görə digər məmurlar aşağıdakılardır: ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Kerolayn Atkinson, Senatda Çoxluqlar fraksiyasının lideri Qarri Rid, Senatın xarici işlər üzrə Komitəsinin sədri Robert Menendes, senator Meri Lendryu və senator Daniel Koys.
1163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi