Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2014

Paxla öskürəyə qarşı təsirlidir

Öskürük müxtəlif olduğu kimi onun səbəbləri də müxtəlif olur. Quru, boğazdan gələn öskürək, bəzən yarımçıq halda olur. Bronxitdən olan öskürək isə qısa olmaqla bərabər əvvəlcə quru halda gəlir. Daha sonra ağrılı və bəlğəmli olur.
Bu zaman öskürək əleyhinə tətbiq edilən müalicədən əlavə xalq təbabəti də faydalıdır.
Xüsusən paxla məhsullarından istifadə təsirli hesab olunur. 100 qramında 26 qram zülal olan quru paxla öskürəyə yaxşı təsir göstərir.
Maddələr mübadiləsini yaxşılaşdıran paxlada sellüloza olduğu üçün müxtəlif pəhrizlərdə geniş istifadə olunur. Paxlanın tərkibində protein, kalsium, fosfor, dəmir, maqnezium, karotin və A, B1, B2, C, E vitaminləri var.
Uzun müddətli olan qara öskürək adətən uşaqlarda daha çox baş verir.
Bu zaman 20q reyhan yarpağı və çiçəyini 20q kəklik otu ilə qarışdırıb, üzərinə 1L qaynar su tökür, 10–15 dəq dəm aldıqdan sonra 2 qaşıq bal qatıb, hər yarım saatdan bir xəstəyə 1 qaşıq verirlər. Daha sonara öskürəyi yüngülləşdirmək üçün istəyə uyğun lobyadan hazırlanan yeməklər vermək olar.
Tənəffüs yolu xəstəliklərinə qarşı xeyirli olan paxla həzmi də asanlaşdırır. Xüsusilə qəbizliyə və sidik yollarını təmizləməyə kömək edir. Böyrək ağrılarını yüngülləşdirir. Şəkər xəstələrinə isə məsləhət edilmir.
1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...