Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2014

50 yaşlı kişi qapını mismarlayaraq evini yandırıb

Azərbaycanda 50 yaşlı kişi qapını mismarlayaraq evini yandırıb, onun meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb

Martın 20-i axşam saatlarında Xaçmaz rayonu Çarxı kəndində yanğın hadisəsi baş verib.

Kənd sakini 50 yaşlı Aqil Məmmədova məxsus, ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Nəticədə evdə olan Aqil Məmmədov yanaraq dünyasını dəyişib. Onun meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Mərhumun oğlunun verdiyi məlumata görə, atası onlarla daim mübahisə edib və spirtli içkilərə meylli olub.

Kənd sakinlərinin bildirdiyinə görə, A. Məmmədov evi özü yandırıb. Evi yandırmazdan əvvəl isə qapını içəridən mismarlayıb./apa/
1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 09:08
Nyu Yorkda partlayış t