Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2014

Kılıçdaroğluna ayaqqabı atdılar

Türkiyənin Cümhuriyyət Xalq partiyasının lideri Kamal Kılıçdaroğluna mitinq zamanı ayaqqabı tullayıblar.
CHP lideri Qaziantep şəhərində mitinqdə çıxış edərkən kütlənin arasından bir nəfər ayaqqabılarını çıxardaraq Kamal Kılıçdaroğluna tərəf tullayıb. Ayaqqabı Kılıçdaroğlunun qarın nahiyəsindən dəyib. Lakin ayaqqabını atan 30 yaşlı Mehmet adlı şəxsin hirsi bununla soyumayıb və ikinci ayaqqabısını da tullayıb. Bu dəfə ayaqqabı CXP liderinə dəyməyb, qarşısına düşüb. Kılıçdaroğlunun mühafizəçiləri dərhal vəziyyətə müdaxilə edərək ayaqqabı atan şəxsi saxlayıblar./ans/
1400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP