Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2014

Türkiyəyə ultimatum: “3 günə bayrağınızı endirin!”

“Süleyman şah məıqbərəsinin boşaldılması və Türkiyə bayrağının ordan endirilməısi üçün 3 gün möhlət veririk"
Suriyada Əsəd qüvvələrinə və Azad Suriya orusuna qarşı vuruşan, “Əl Qaidə” terror təşkilatının dəstək verdiyi “İraq Şam İslam Dövləti” (İŞİD) hərbçiləri Türkiyəni hədələyiblər.

İŞİD hərbçiləri ötən gün internetdə video müraciət yayıblar. Video müraciətdə Süleyman şah məqbərəsinin boşaldılması üçün Türkiyəyə 3 gün möhlət verildiyi bildirilib.

“Süleyman şah məıqbərəsinin boşaldılması və Türkiyə bayrağının ordan endirilməısi üçün 3 gün möhlət veririk. Boşaldılmayacağı təqdirdə məqbərəyi uçurub yerlə bir edəcəyik”.

Qeyd edək ki, Süleyman şah Osmanlı dövlətinin qurucusu Osman Qazinin babasıdır və onun məqbərəsinin yerləşdiyi Karakozak kəndi Türkiyə torpağı sayılır.

Fransa ilə Türkiyə arasında 1921-ci ildə bağlanmış “Ankara” sazişinə görə, Suriyada olan bu bölgə Türkiyə torpağı kimi qəbul edilib və Süleyman şah məqbərəsində Türkiyə əsgərlərinin keşi8k çəkməsinə qərar verilib. Bu, Türkiyənin öz sərhəddinin xaricində olan yeganə torpaqdır.

Türkiyə Baş qərargah idarəsi isə məqbərə hücuma məruz qalacağı təqdirdə İŞİD ordusuna qarşı əməliyyat keçirilməsi və atəş açılması istiqamətində hərbçilərinə əmr vermişdi./ans/
1099 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber