Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2014

Lənkəranda evə silahlı basqın olub

Lənkəranda evə basqın edən maskalı şəxslər 60 yaşlı qadını güllələdi 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, maskalı şəxslər 60 yaşlı şəhər sakini Sürəyya Tağı qızı Tağıyevanın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilinə girərək, odlu silahdan atəş açmaqla onu baldır nahiyəsindən yaralayıblar.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən S.Tağıyeva orada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb./apa/
1267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...