Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

2014-cü il dünya çempionatının pley-off mərhələsinin püşkü atılıb

Bu gün DÇ-2014-ün Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, gələn il Braziliyada keçiriləcək mundiala 4 vəsiqənin sahibinin müəyyənləşəcəyi cütlər bəlli olub.

Bu cütlər FİFA-nın Sürixdəki mənzil-qərargahında atılan püşkdə müəyyənləşib. Avropa zonasının seçmə mərhələsində qrup ikincisi olan 8 komanda final mərhələsinə çıxmaq üçün son səddi adlamağa çalışacaq. Pley-off oyunları isə noyabrın 15-i və 19-da baş tutacaq.

Portuqaliya - İsveç
Ukrayna - Fransa
Yunanıstan - Rumıniya
İslandiya - Xorvatiya

Qeyd edək ki, artıq 21 komanda DÇ-2014-ə vəsiqə əldə edib. Bunlar Braziliya (meydan sahibi), Argentina, Avstraliya, Belçika, Bosniya və Hersoqovina, Çili, Kolumbiya, Kosta-Rika, Ekvador, İngiltərə, Almaniya, Honduras, İran, İtaliya, Yaponiya, Hollandiya, Rusiya, Cənubi Koreya, İspaniya, İsveçrə və ABŞ milliləridir.
1886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
22.04.17, 08:03