Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2014

Nəqliyyat müfəttişləri ilə sürücü arasında növbəti insident

"Elə davranıdrılar ki, elə bil bunlar "reket"dilər, qoçudurlar; dövlət işçiləri belə olmalı deyil "

Özünü Nəqliyyat Nazirliyinin əməkdaşı olaraq təqdim edən Kamran Dəmirovun sözlərinə görə, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücü onları təhqir edib:

"Xidməti avtomobilimizlə sürücünü saxlamışıq. Yaxınlaşıb özümüzü təqdim etmişik. Sürücüyə dedik ki, qanunsuz sərnişin daşımaqla məşqulsunuz, xahiş edirik ki, sənədləri təqdim edin. O isə sənədlər təqdim etmədi və bizi qovalamaqa başladı. Üstəlik məni hədələyir. Təhqiramiz sözlər işlədir. Onun buna haqqı yoxdur".

Sürücü isə tam fərqli düşünür. Onun sözlərinə Nəqliyyat Nazirliyinin əməkdaşları onunla kobud davranıb və qanunsuz hərəkətlər ediblər: "168 nömrəli departamentin işçiləri məndən sənəd tələb etdilər. Sənəd başqa məsələ amma bunlar məni təhqirə keçdilər. Mən yaşlı adamam. Doğum evinin qarşısında ağza alınmayacaq, nalaiq sözlərlə məni təhqir etdilər. 3 nəfər düşüblər üstümə. Mənim şəxsi avtomobilimin içində axtarış aparırlar. Nəqliyyat Nazirliyinin əməkdaşlarının buna ixtiyarı yoxdur. Elə davranırdılar ki, sakinki bunlar "reket"dilər".

Ətrafdakı insanlar da sürücünün sözlərini təsdiqləyirlər: "Elə davranırdılar ki, elə bil bunlar "reket"dilər, qoçudurlar. Bunlar nə istəsələr onu edə bilərlər. Qarşı binadan qadınlar baxır, bunlar da burada söyüş söyürlər. Dövlət işçiləri belə olmalı deyil. Normal şəkildə, qanun çərçivəsində davrana bilərdilər".

Maraqlısı budur ki, özlərini Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər
sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğunu desələr də, nədənsə akt yazmadan ərazini tərk ediblər./musavat/
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13