Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

İraq prezidentinin mühafizə xidmətinin zabiti jurnalisti qətlə yetirib

İraq prezidenti Cəlal Təlabaninin mühafizə xidmətinin zabiti jurnalisti qətlə yetirib. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Cəlal Təlabaninin Bağdaddakı iqamətgahının mühafizəsini həyata keçirən hərbi birləşmənin zabiti jurnalisti güllələyək qətlə yetirib. Öldürülən jurnalistin “Azad İraq” radiostansiyasının baş redaktoru Məhəmməd Bədavi əl Şəmmari olduğu bildirilir.

İnsident jurnalist və mühafizə zabitinin arasında yaranmış münaqişə zəminində baş verib. Hazırda münaqişənin səbəbləri müəyyənləşdirilir.

Jurnalisti qətlə yetirdikdən dərhal sonra hərbçi hadisə yerini tərk edib. İnsident cəmiyyətdə geniş rezonans doğurub. Məlumata görə, qatilin həbsi ölkənin baş naziri Nuri əl Malikin məsələyə şəxsi müdaxiləsindən sonra mümkün olub.
1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber