Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

Hospitalda xəstə əsgərlərə həyət təmizlətdirirlər

Elektron poçtumuza bir neçə şəkil və onları müşaiyət edən kiçicik xəbər göndərilib. Xəbərdə iddia olunur ki, fotolar Nazçıvan Hərbi Hospitalının həyətində martın 21-də çəkilib. 
Fotolarda hospitalın qapısı ağzında əllərində süpürgə və vedrə tutnuş xəstə xalatında üç əsgər görünür. Mənbə qetd edir ki, bu əsgərlər hospitalın həyətini süpürməkdən qayıdırlar.
Azərbaycan ordusunda əsgərləri, SSRİ-dən qalma ənənə kimi, onlara aid olmayan işlərə təhkim etmək adi haldır. Eyni münasibətin xəstə əsgərlər də bəslənilməsi isə nə istisnadır, nə də Azərbaycan reallığında heyrət doğura bilər.
Aldığımız foto-xəbəri sadəcə, Müdafiə Nazirliyinin (o cümlədən Naxçıvan MR Müdafiə Nazirliyinin) və ölkə rəhbərliyinin bunu görüb, araşdıracağı, günahkarlar varsa, onları cəzalandıracağı ümidi ilə dərc edirik.

/azadlıq/

1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber