Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

Sabiq nazirin evində 42 kq qızıl 5 milyon dollar aşkarlandı

Yoxsul ölkənin nazirinin evindən bunlar çıxırsa, görün Azərbaycan nazirlərinin evindən nələr çıxar, nələr?!

Ukrayna Daxili İşlər Nazirliyinin korrupsiyaya qarşı keçirdiyi əməliyat nəticəsində sabiq energetika naziri Eduard Staviçkonun evindən 42 kiloqram qızıl və təxminən 5 milyon dollar aşkar edilib.

Bunu Ukrayna daxili işlər naziri Arsen Avakov deyib. Nazirin sözlərinə görə, Eduard Staviçkonun mənzilindən 4,8 mln. dollar pul, 42 kiloqram qızıl, dünyanın məşhur və bahalı brendlərindən olan qol saatları, qiymətli metallardan hazırlanmış məmulatlar, bir neçə mülkə aid sənəd, torpaq sahələri və müəyyən şirkətlərin borclarına dair sənədlər, bank kartları, bir sıra banklarla apardığı sənədləşmələrin nüsxəsi aşkarlanıb. Arsen Avakov həmçinin qeyd edib ki, Eduard Staviçko barəsində vəzifəsindən sui-istifadə edərək dövlət mülkiyyətinə ziyan vermək maddəsi ilə cinayət işi açılıb. Ukrayna mətbuatı yazır ki, hazırda DİN əməkdaşları sabiq baş nazirin 3 evində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər./ans/
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP