Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

“Slavutiç” hərbi gəmisi ələ keçirilib

Rusiya ordusu Krımda Ukraynaya məxsus “Slavutiç” hərbi gəmisini ələ keçirib

 Rusiya ordusu və Krımın “özünümüdafiə qüvvələri” Ukraynaya məxsus “Slavutiç” hərbi gəmisini ələ keçiriblər.

“BBC”-nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib.

Məlumata görə, gəminin üzərində Rusiya bayrağı qaldırılıb.

Seleznev Sevastopoldakı mənbələrə istinadən bildirib ki, hücum iki saat davam edib.

“Heyət üzvləri arasında xəsarət alan yoxdur. Gəminin şəxsi heyəti sahilə enib”, deyə o bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri tərkibində “Slavutiç” idarəetmə gəmisi olub, yəni komandanlıq tərəfindən flaqman gəmisi kimi istifadə olunub.
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:19
Misirdə 29