Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

Hər il dünyada 1,4 min uşaq ölür

2030-cu ildə dünya əhalisinin yarısından çoxu içməli suyun çatışmadığı ərazilərdə yaşayacaq

Hər il dünyada içməli su qıtlığına görə yaranmış infeksiyalar və əlverişsiz sanitar-gigiyenik şərait səbəbindən hər gün dünyada 1,4 min uşaq dünyasını dəyişir.

Bu barədə UNİCEF-in Ümumdünya Su Resursları Günü ilə əlaqədar yaydığı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, hazırda dünyada 768 milyon insan təhlükəsiz içməli sudan məhrum olub. Bu insanların əksəriyyəti ucqar kənd rayonlarında və ya şəhər xarabalıqlarında yaşayır. İçməli sudan məhrum olanların üçdə ikisi 10 ölkədə yaşayır. Bunlar Çin (108 milyon), Hindistan (90 milyon), Nigeriya (63 milyon), Efiopiya (43 milyon), İndoneziya (39 milyon), Konqo (37 milyon), Banqladeş (26 milyon), Tanzaniya (23 milyon), Keniya (16 milyon) və Pakistandır (16 milyon). Dünyada içməli sudan əziyyət çəkənlərin 71% qadınlar və uşaqlardır.

UNİCEF-in bəyanatına görə, 2030-cu ildə dünya əhalisinin yarısından çoxu içməli suyun çatışmadığı ərazilərdə yaşayacaq.
1212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.1