Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Bidzina İvanişvili: “Noyabrın 24-nə qədər vəzifəmi tərk edəcəyəm”

Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident seçkilərindən sonra öz vəzifəsindən gedəcəyini bir daha təsdiqləyib. APA-nın xəbərinə görə, B. İvanişvili “France Presse” agentliyinə müsahibəsində yeni prezidentin inauqurasiyasından bir həftə sonra istefa verəcəyini və noyabrın 24-nə qədər baş nazir postunu tərk edəcəyini söyləyib. O, vəzifədən uzaqlaşdıqdan sonra pərdə arxasından ölkəni idarə etməyə davam edəcəyi haqda söz-söhbəti təkzib edib.

B. İvanişvili hazırkı prezident Mixail Saakaşvilinin siyasi meyit olduğunu deyərək səlahiyyət müddəti bitdikdən sonra onun məhkəmə qarşısında dayana biləcəyini vurğulayıb: “Onun Gürcüstanda bir daha siyasi karyerası olmayacaq. Mənim fikrimcə, Saakaşvili bir çox suala cavab verməlidir və buna görə də böyük ehtimalla dindiriləcək”.

B. İvanişvili “Gürcü Arzusu”nun namizədi Georgi Marqvelaşvilinin prezident seçkilərinin ilk turunda qalib gələcəyinə inandığını bildirib.
1776 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
</