Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

Şiddətli atışma səbəbindən Türkiyənin kəndlərindən biri boşaldıldı

Kəsəbdə atışma zamanı atılan top mərmilərindən bəzisi Gözlekçiler kəndinə düşüb

Türkiyə Hatay vilayətinin Yayladağı rayonuna bağlı Gözlekçiler kəndinin sakinləri təxliyyə olunub. Buna, Suriyanın Latakiya (Lazqiyyə) şəhərinin Türkiyə ilə sərhəddində yerləşən Kəsəb bölgəsində Hökumət qevvələri ilə müxalif qüvvələri arasında davam edən döyüşlərin şiddətlənməsi səbəb olub.

Məlumata görə, Kəsəbdə atışma zamanı atılan top mərmilərindən bəzisi Gözlekçiler kəndinə düşüb.

Bunan sonra sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib və Gözlekçiler kəndinin təxliyyəsinə qərar verilib. Kənd sakinləri rayon mərkəzində olan qohumlarının yanına köçürülüb.

Qeyd edək ki, kənddəki evlərdən birinin həyətinə düşən artilleriya topu mərmisinin partlaması nəticəsində bir çox evin pəncərəsinin şüşələri sınıb. Bundan başqa sərhəd yaxınlığında Çamlıtepe bölgəsinə top mərmisi üşüb.

Məscidlərin səsgücləndiricilərindən, zəruri ehtiyac olmadıqca evdən çıxılmaması istiqamətində anonslar səsləndirilib./ans/
1097 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...