Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

Ukraynalı komandiri ruslar həb etdi

Belbek şəhərindəki hərbi hissənin komandiri Rusiya hərbçiləri tərəfindən oğurlandı

Belbek şəhərindəki hərbi hissənin komandiri Rusiya hərbçiləri tərəfindən oğurlandı
Ukraynanın Belbek şəhərində yerləşən hərbi hissənin komandiri Yuliy Mamçur Rusiya hərbçiləri tərəfindən oğurlanıb.


APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, Ukraynanın “Pyatıy kanal” telekanalının məlumatına əsasən, Mamçur Rusiya hərbçiləri tərəfindən saxlanıldığını şəxsən üzü “Röyters” agentliyinin müxbirinə bildirib.

Hazırda Yuliy Mamçurun harada olduğu məlum deyil.

Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib ki, Yuliy Mamçuru son dəfə aviabazaya edilən hücumdan sonra, hərbi geyimdə olan naməlum şəxslə söhbət edərkən görüblər.

Qeyd edək ki, martın 22-də Rusiya ordusu Ukraynanın Belbek şəhərində hərbi hissəni ələ keçirib.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib.

Qeyd edək ki, Rusiya ordusu bundan əvvəl ukraynalı hərbçilərə ultimatum verərək, bir saat ərzində təslim olmalarını tələb ediblər: “Hücum saat 17.00-da (Bakı vaxtı ilə 19.00-da) başlayıb. Hərbi hissənin darvazaları “BTR”lə uçurulub. Mənbələr hücum zamanı atəş açıldığını bildirirlər, bundan başqa, əməliyyata azı 6 ədəd “BTR 80” cəlb olunub. Xəsarət alanlar barədə məlumatlar yoxlanılır”.

Ukrayna hərbçiləri hərbi hissənin ərazisini tərk ediblər.

Vladislav Seleznev qeyd edib ki, hərbi hissəyə hücumda Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi iştirak edib. Xüsusi təyinatlıların hərbi hissəyə aerodrom istiqamətindən daxil olduğu bildirilir.
1042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber