Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

ABŞ-da yenə silahlı insident baş verib

Silahlı hücum: Biri polis olmaqla üç ölü - Foto

ABŞ-ın Florida ştatına daxil olan Orlando yaxınlarında baş verən silahlı hücumda bir polis məmuru və iki şübhəli öldürülüb.

Orlandonun Cənub qərbində səhər saat 04:00 radələrində Robert German adlı bir polis yolda iki şübhəli şəxsi saxlayaraq hadisə yerinə kömək üçün polis çağırıb.

Polislər hadisə yerinə gələndə 31 yaşlı Germanın ağır yaralı və polisə atəş açan iki şübhəli şəxsin ölü olduğu bildirilib. Daha sonra yaralı polis də ölüb.

Hadisəylə əlaqədar mətbuat konfransı keçirən polis Şerifi şübhəli şəxslərin 20 yaşlarında bir qadın və bir kişi olduğunu bildirib.

Intihar etdikləri güman edilən şübhəlilərin kimliyi məlum olsa da istintaq getdiyindən adları açıqlanmayıb.
1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20
Çörək