Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri etiraz aksiyası keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ali məktəbin həyətində etiraz aksiyası keçiriblər.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xeyli sayda tələbə semestr imtahanlarının yazılı aparılmasına etiraz edirbər. Onlar imtahanların test üsulu ilə keçirilməsini istəyiblər.

ADPU-nun tədris işləri üzrə prorektoru Malik Cəbrayılov APA-ya açıqlamasında deyib ki, rektor Yusif Məmmədov akt zalında tələbləri şikayətlərini dinləmək üçün gözləsə də, aksiyaçıların yalnız bir qismi onunla görüşə gedib, böyük əksəriyyət isə aksiyanı davam etdirib.

Rektor aksiyaçıların tələblərini dinləmək üçün onların qarşısına çıxıb.
1756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber