Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

Suriyada daha 15 azərbaycanlı terrorçu öldürülüb

Son 3 gün ərzində Suriyada Bəşər Əsəd ordusuna qarşı döyüşən daha 15 azərbaycanlı öldürülüb.

Bu barədə Suriyada yaşayan həmyerlilərimizdən biri xəbər verib. Məlumatda deyilir ki, onlar ard-arda keçirilən əməliyyatlarda, Derra və Hələb istiqamətində gedən döyüşlərdə həlak olublar. Suriyadakı azərbaycanlıların elə döyüşdükləri ərazilərdə dəfn olunduğu bildirilr. Azərbaycanlılardan ibarət dəstənin digər üzvləri onların məzarı üzərində intiqam və qisas andı içiblər. Xatırladaq ki, Suriyada döyüşən azərbaycanlıların sayı rəsmi olaraq məlum deyil. Məlumatlara görə, onların ümumi sayı 150 nəfərə yaxındır. Amma bu rəqəm çox da ola bilər. Həmin həmyerlilərimizin əksəriyyəti vəhabi dini cərəyanının üzvləridir və onların Suriyaya göndərilməsi də vəhabi şeyxlərinin apardığı ideoloji təbliğatın nəticələridir./jam/
1061 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber