Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

“Bakıda qoyulan xərçəng diaqnozuna türk həkimlər şoka düşdü”

Tanınmış jurnalist, “Xalq qəzeti”nin sabiq baş redaktoru Mahal İsmayıloğlu səhhətindəki ciddi problemlərlə əlaqədar Türkiyədə müayinədən keçib. Bu barədə “Musavat.com”-a məlumat verən jurnalist Memarial xəstəxanasının Qazientepdəki bölümündə müayinə olunduğunu bildirib.

M.İsmayıloğlunun sözlərinə görə, Türkiyədəki həkimlər ona Bakıda qoyulan diaqnoza baxıb heyrətləniblər: “Mənə Bakıda xərçəng diaqnozu qoyulmuşdu. Bu səbəbdən də neçə müddət idi böyrəkdəki “şişin” qarşısını almaq üçün xərçəng əleyhinə ağır dərmanlar qəbul edirdim. Bunun nəticəsində damarlarda şişkinlik yaranmışdı, az qalırdı partlasın. Qazientepdəki həkimlər isə bunu görüb şoka düşdülər. Təsəvvür edin ki, ankoloji xəstə olmayan adama ankoloji xəstələr üçün iynə-dərman vurulur. Orda həkim dedi ki, Bakıdakı həkiminin telefonunu ver, danışım, sənin başına bu nə oyundur açıb. Burda həkim mənə demişdi su içmə. Orda həkim deyir sənin böyrəyinin təmizlənməsi üçün əksinə, çoxlu su içməlisən. Yaxud burda demişdilər ancaq “kaşa” ye. Orda isə “ən yaxşı yeməkləri ye ki, orqanizmin güclü olsun” dedilər”.
M.İsmayıloğlu bildirdi ki, onun sağ böyrəyində çatışmazlıq aşkar edilib. Bunun üçün də aprelin 2-nə əməliyyat yazılıb: “Mən ayın 1-də Türkiyəyə qayıtmalıyam ki, bir gün sonra əməliyyat olunub. Sağ böyrəyim artıq fəaliyyətini tamam itirib. Sol böyrək olsaydı, bir o qədər problem olmazdı. Ancaq sağ böyrəyin əməliyyatı ürəyə də təsir edir deyə, riskli sayılır”. Jurnalistin sözlərinə görə, əməliyyat üçün tələb olunan 12 min dollar vəsaitə ehtiyacı var. Odur ki, imkanlı və xeyirxah adamların yardımına ümid edir. M.İsmayıloğlu onu da bildirdi ki, yanlış müalicə nəticəsində onun səhhətinə ağır zərbə vurulmaqla yanaşı, maddi tərəfdən də xeyli ziyana düşüb: “3-4 min manat pul xərcləmişəm. Bu bəladan qurtarım qayıdım, bu məsələ ilə də məşğul olacağam”.
1190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15