Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

Abdulla Gül Ərdoğana sərt cavab verdi

Türkiyə preizdenti Abdullah Gül, Hollandiya ziyarəti əvvəlində mətbuat mənsublarının suallarını cavablandırıb. Gül, dinləmə iddialarına bağlı, "Mən də dinləmədiyimi deyə bilmərəm, amma belə şeylərin çıxmasında qayğım yoxdur" deyib.

Tvitterin bağlanılmasına da toxunan prezident bu problemin qısa bir müddət içində bitməsini ümid etdiyini bildirib.

Ədalət və İnkişaf Partiyasının (AKP) Hatay vilayətində keçirdiyi seçki mitinqində Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın çıxışında yenidən dinləmə iddialarından danışılıb.
Baş nazir ölkədəki etibar mühitini pozmaq istədiklərini bildirib.R.T.Ərdoğan Türkiyənin inkişafını dayandırmağa çalışanların olduğunu da dilə gətirib:

"Hazırda bir baş naziri, prezidenti və nazirləri məhkəmə qərarı olmadan dinləyə bilməzsiniz. Bu adamlar prezidenti də dinləyirlər. Amma bunu açıqlamırlar. Niyə? Məlumatları toplayaraq vaxtı gəlində açıqlayacaqlar. Bunlar montajcı, bunlar saxtakar, bunlar şəbəkədir. Bunların terror təşkilatından fərqi yoxdur”, - baş nazir söyləyib.
1398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu