Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Qəddafinin həyat yoldaşı ərinin məzarını görmək istəyir

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin xanımı diktatorun məzarının ona göstərilməsini tələb edir

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin xanımı diktatorun məzarının ona göstərilməsini tələb edir. Safiya Farkaş iki il əvvəl Liviya inqilabı vaxtı öldürülmüş ərinin məzarını görmək üçün ölkənin indiki rəhbərliyinə və Afrika birliyi ölkələrinə müraciət edib.

Müraciətdə həmçinin Qəddafinin hansı şəraitdə əsir düşməsi və necə öldürülməsi də sual olunur. Safiya Farkaş həmçinin insan hüquqları ilə bağlı bütün beynəlxalq təşkilatlardan xahiş edir ki, ona oğlu Seyf Əl-İslamla görüşmək üçün şərait yaradılsın. Onun sözlərinə görə, Liviya inqilabı dövründə baş vermiş cinayətlərdə oğlunun əli yoxdur.

Qeyd edək ki, Müəmmər Qəddafi doğma şəhəri Sirtdə Liviya üsyançıları tərəfindən saxlanılaraq öldürülüb. Onun meyiti Liviya səhrasında heç kimə məlum olmayan gizli bir yerdə dəfn olunub. Onun dul qalmış xanımı Safiya Farkaş isə hazırda mühacir həyatı yaşayır./interaztv
1940 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP