Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

«El Klassiko»da 7 qol vuruldu

İspaniya çempionatının 30 turunda "Real Madrid" «Barselona»nı qəbul edirdi. Oyun Kataloniya klubunun 3-4 hesablı qələbəsi ilə başa çatdı. Hesabı 7-ci dəqiqədə İnyesta açsa da, Kərim Benzemanın vurduğu iki top «Real»ı önə çıxardı. Birinci hissənin sonlarında Leonel Messinin vurduğu topla komandalar fasiləyə 2-2 bərabərliklə yollandı. İkinci hissədə «Real» şühbəli penalti ilə önə çıxsa da, «Barsa»nın ulduzu Messi iki top vuraraq komandasına qələbə qazandırdı. Oyunun 63-cü dəqiqəsində "Real"ın müdafiəçisi Serxio Ramos Neymara qarşı etdiyi kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovuldu.
1066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP