Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

“Türkiyənin bütün internet resursları bağlanacaq“

Ərdoğan: “Türkiyənin bütün internet resursları bağlanacaq“
Türkiyənin milli maraqlarına ziyan vuran bütün internet resurslar bağlanacaq.

Bu barədə ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bazar günü deyib.

Onun sözlərinə görə, milli maraqlar ölkə üçün prioritetdir və Türkiyə onların qorunması üçün lazımi tədbirləri görəcək.

Xatırladaq ki, Türkiyə hakimiyyəti cümə gününə keçən gecə Tvitter mikrobloqlar şəbəkəsinə girişi bağlayıb.

Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir imkanın olması barədə bəyanatla çıxış etdikdən bir neçə saatdan sonra şəbəkəyə giriş bağlanılıb.

Ərdoğanın sözlərinə görə, ölkə vətəndaşlarını yad təsirlərdən qorumaq üçün lazım gələrsə, Yutub və Feysbukdan istifadəyə qadağa qoyulması məsələsi gündəmə gətirilə bilər.

Lakin Türkiyə Prezidenti Abdullah Gül ölkədə Yutubun və Feysbuk sosial şəbəkəsinin bağlanmasının qeyri-mümkün olduğunu bildirib./Trend/
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...