Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

Ərdoğan yenə hası cildə girib?

“Övladlarınızı Gülən məktəblərindən çıxarın”- Ərdoğan 2 milyon seçicisi qarşısında

İstanbulun Yenikapı Meydanında ölkənin hakim partiyasının 2 milyona yaxın insanın iştirakı ilə mitinqi baş tutub. “Qafqazinfo” xəbər verir ki, xalqa xitab edən baş nazir Rəcəb Tayyib Ərdoğanın çıxışı canlı olaraq yayımlanır. İstanbulun bu mitinqlə tarix yazdığını deyən Ərdoğan gündəmdə duran bütün məsələlərlə bağlı fikirlərini səsləndirib:

“Bu gün bütün dünya İstanbulu izləyir. Bu gün dünyanın bütün məzlumları, zərərçəkənləri, kasıbları sizləri izləyir. Qahirədə səsləri oğurlanan qardaşlarım sizi izləyir. Dəməşqdə güllələrin, bombaların altında yaşayan, aclıq, səfalətlə imtahan edilən, bəlkə də övladının başında ağılar deyən ciyəri parçlanmış analar sizi izləyir. Bağdadda sülhə susayan könüllər sizləri izləyir. Qarabağda torpaqları çiynənən azəri qardaşlarım sizi izləyir.

Millət oynanan oyunları görür.

Çıxsın birisi montaj desin. Kılıçdaroğlu bax, bu montajı necə etdik? Gözəlmi, bəyəndinmi? Bir montaj da sən et belə.

Pensilvaniyanın izlədiyi kimi deyil, onlar məhrəmləri izləyir, onlar əxlaqı olmayan şeyləri izləyir.

Beş ay əvvəl duadan bəhs edir, beş ay sonra eyni cümlələrlə bəd duadan bəhs edir. Müsəlman müsəlmana bəd dua edərmi?

Pensilvaniya evlərində, yurdlarında gecə seansları, bəddua seansları təşkil edir. Pis söz sahibinindir. Keçən dəfə belə deyir: “O uzun bizə çox xainlik etdi. Sən necə hoca əfəndisən? Dürüstsən 1999-da bu ölkədən niyə qaçıb getdin?”

Daha sonra Ərdoğan Fətulla Gülən kurslarında təhsil alan şagirdlərin valideynlərinə müraciət edib:

“Baxın, biz kurslarla bağlı islahatlara bir gün, iki ay, bir il öncə başlamadıq. On il əvvəl verdiyim təlimatdır. Xalqımızın sovurulmasını istəmirəm. Kurslarda təhsil alan övladınız varsa çəkib alın. Təkmilləşdirmə kursu lazımdırsa biz həftə sonları övladlarınıza pulsuz kurslar verəcəyik. Bunların məktəblərindən uşaqlarınızı çıxarın. Dövlət məktəbləri bizə yetər”.

Ərdoğan Türkiyədə tətbiq edilən tvitter qadağası ilə bağlı da danışıb: “Tvitter ABŞ-ın qanunlarına uyur, İngiltərə qanunlarına uyur, Almaniyanın, Rusiyanın, Çinin, Hindistanın və digər bir çox ölkələrin qanunlarına uyur, bu ölkələrlə işbirliyinə girir, amma, məsələn Ukrayna olunca, Misir olunca, Türkiyə olunca, digər dövlətlər olunca Tvitter çıxır və azadlıqdan bəhs edir. Biz üçüncü dünya ölkəsi deyilik. Tvitter də, facebook da, youtube da Türkiyənin konstitusiyasına, qanunlarına hörmət etmək məcburiyyətindədir”.
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber