Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

Rusiya Qırğızıstanda da pasport paylayacaq

Rusiya sadələşdirilmış sxem üzrə və qısa müddət ərzində Qırğızıstanda yaşayan ruslara vətəndaşlıq verməyə hazırdır.

Bu barədə Rusiyanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Kurtko Bişkekdə keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Qırğızıstanda rus dilinə böyük hörmət var və bu ölkənin vətəndaşları cəmi 3-5 ay ərzində Rusiya vətəndaşlığını ala bilərlər.

Xatırladaq ki, artıq bəzi qırğız analitikləri bu “xoş addımı” Ukraynadan sonra postsovet ölkələrinə Rusiyanın növbəti həmləsi kimi dəyərləndiriblər.
1196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber