Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Rusiyada partlayış - 10 ölü, 20 yaralı

“Haberler.com”un verdiyi xəbərə əsasən, Rusiyanın cənubundakı Volqaqrad şəhərində sərnişin avtobusunda baş verən partlayışda ən azı 10 adam ölüb 20-dən çox adam yaralanıb.
Rusiya Terrorla Mübarizə Komissiyasından edilən açıqlamada sərnişin avtobusunda partlayışa bombanın səbəb ola biləcəyini qeyd edilib.
Azərbaycan saatı ilə 15:00-da baş verən partlayışda istifadə edilən partlayıcı maddə ilə bağlı araşdırma davam edir. 20 adam xəstəxanaya aparılarkən 7 sərnişinin vəziyyətinin ağır olduğu bildirilib.
“İnterfaks” xəbər agentliyi partlayışdan sonra verdiyi xəbərdə təbii qazla çalışan avtobusun silindrinin partlamış ola biləcəyi bildirilib. Adı açıqlanmayan polis qaynağının verdiyi məlumata görə isə partlayışa avtobusda olan təbii qaz ehtiyatı səbəb olub. Agentlik, partlayışın hücum ola biləcəyi ehtimalına da diqqət çəkib.
Partlayışın meydana gəldiyi bölgə nəzarət altına alınıb və geniş istintaq tədbirləri başladılıb./axar.az
1918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı