Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

Misirdə tələbələr polislə toqquşub

Əl-Əzhər universitetinin tələbələri ordu komandanını təhqir ediblər

Misirdə Müsəlman Qardaşları hərəkatı fəalları, o cümlədən yüzlərlə tələbə Qahirənin Əl-Əzhər və Qahirə univeritetində hökümətə qarşı etiraz aksiyası keçirib. "Rədd olsun hərbi idarəçilik" deyən, ordu komandanı Əs-Sissini təhqir edən etirazçılar müvəqqəti hökümət əleyhinə müxtəlif şüarlar səsləndirib. Nümayişçilər həbs olunmuş tələbə yoldaşlarının azad edilməsini tələb edib.

Çılğın etirazçılar Universitetin yataqxanası ilə əsas binasını bir-birindən ayıran beton arakəsmənin bir hissəsini dağıdıb. İzdihamı dağıtmaq üçün təhlükəsizlik qüvvələri aksiyaya gözyaşardıcı qazla müdaxilə edib. Oxşar zorakı toqquşmalar Qahirə Universitetində müşahidə olunub. Etirazlarda mühəndislik fakultəsinin tələbələri xüsusi fəal olub. Mühafizəçilər universitetin həyət qapılarını açdıqdan sonra etirazçılar kütləvi şəkildə küçəyə axışaraq, Giza Meydanına aparan yolu bağlayıb. Etirazçılar nəqliyyatın hərəkətinə mane olduğundan etirazçılarla bəzi sürücülər arasında qarşıdurmalar yaranıb./ans/
1463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP