Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

Rusiya Ukrayna ilə sərhəddə niyə qoşun yığıb?

Rusiya Ukrayna ilə sərhəddə ciddi hərbi qüvvə cəmləşdirib - NATO
NATO Rusiya silahlı qüvvələrinin böyük sayının Ukraynanın şərq sərhədində cəmləşməsindən və Dnestryanının taleyindən narahatdır

İnterAz-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ekspertlərin Brüssel forumunda NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali baş komandanı, amerikalı general Filipp Bridlav çıxışında bildirib ki, Ukrayna ilə sərhəddə cəmləşdirilən Rusiya silahlı qüvvələri böyük sayı və yüksək hərbi hazırlığı ilə seçilir. “Əgər Rusiya rəhbərliyi müvafiq qərar versə, bu qüvvələr kifayətdir ki, Dnestryanıya dərhal yürüş həyata keçirilsin. Bu bizi çox narahat edir, çünki Rusiya bu durumda özünü tərəfdaş kimi deyil, rəqib kimi aparır”, - deyə amerikalı general Filipp Bridlav bəyan edib.

Xatırladaq ki, Moldova hakimiyyəti bir neçə gün əvvəl Rusiyanı xəbərdar ediblər ki, Dnestryanının anneksiyasına yönəlmiş hər hansı bir hərəkət qəbuledilməzdir.
1161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı