Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

Bəxti dərəyə düşmüş Motudərə...

"Pis vəziyyətdə yaşayırıq. Qazımız, suyumuz, işığımız yoxdur. Xəstəyə iynə vurmaq üçün bir tibb məntəqəmiz yoxdur. Məktəbimiz, yollarımız bərbad gündədir”.

Gədəbəyin Motudərə kənd sakinləri bu kəndin problemlər içərisində itib-batmasından danışırlar. Deyirlər, kəndlilər çıxış yolunu başqa yerlərə köç etməkdə görürlər.

Kənd sakini Ziya Babayev: “Vəzifəli şəxslərdən bir adam gəlib bizim problemimizlə maraqlanmır. 100-ə yaxın ailə təsərrüfatı olan kənddə barmaqla sayılacaq sayda insan qalıb. O da qocalar, əlillər. Əsgərlikdən qayıdan gənclər Bakıya qaçırlar, fəhləlik edirlər, sonra da kirayə ev tuitub orada qalırlar, bir daha kəndə dönmürlər”.
Digər kənd sakini Əvəz Vəliyev deyir ki, Motudərə hamının unutduğu, gözdən-könüldən uzaq bir kəndə çevrilib: “Keçmiş prezident Heydər Əliyev deyirdi ki, yol ölkənin iqtisadiyyatıdır, gələcəyidir. Bizdə isə o, yoxdur. Problemlərimiz heç bir çərçivəyə sığmır. Deyəsən, bizi xəritədən silmək istəyirlər. Kəndimizin qırmızı kitaba düşən vaxtıdır”.

Kəndlilərin deməsinə görə, məktəb, bağça, tibb məntəqəsi sarıdan əziyyət çəkirlər. Bunlara görə qonşu kəndlərə getməli olurlar. Onlar kəndin bələdiyyə sədrini problemlərə biganə yanaşmaqda qınayırlar.
Gədəbəy Rayon İcra Hakimiyyəti Motudərənin problemlərini kəndlərin abadlaşdırılması planına uyğun çözəcəyini vəd edir. Ancaq indi yox, siyahı üzrə növbə bu kəndə yetişəndə... Rayon icra hakimiyyətindən "Azadlıq" radiosunun "qaynar xətt"inə belə deyiblər.
1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber