Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

İran 5+1 qrupuna şərt qoydu

İran xarici işlər nazirinin müavini, Tehranın Qərblə nüvə danışıqları aparan heyətinin üzvü Abbas Əraqçi oktyabrın 20-də jurnalistlərə açıqlamasında ölkənin 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı nüvə danışıqlarından söz açıb.

“Media forum” saytının məlumatına görə, Abbas Əraqçi deyib ki, danışıqların nəticə verməsi üçün tərəflərin apardığı müzakirələrin istiqaməti əvvəlcədən müəyyənləşməlidir: “Biz qaranlıqda hərəkət etmək istəmirik. Elə buna görə də hesab edirik ki, danışıqların istiqamətini təyin etmək üçün İranla 5+1 qrupu arasında əvvəlcədən yazılı sənəd imzalanmalıdır.

Güman edirik ki, həm hədəf aydınlaşmalı, həm də bu hədəfə çatmaq üçün hansı istiqamətdə irəliləməyin vacibliyi müəyyənləşməlidir. Bütün bunlar isə yazılı bir sənəddə öz əksini tapmalıdır. Məhz bunlardan sonra məsələnin həlli üçün hansısa addımı irəli atmaq olar”.

İranın 5+1 qrupu ilə son nüvə danışıqları oktyabrın 15-i və 16-da İsveçrənin Cenevrə şəhərində keçirilib. Növbəti danışıqlar noyabrın ortalarında həmin şəhərdə olmalıdır.
1940 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı