Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri 20 yaşlı Heybətqulu Maqsud oğlu Əzizov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, H. Əzizov Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb./apa/
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi