Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

Barak Obama ilə bağlı sərt açıqlama

2012-ci ildə Barak Obamanın rəqibi olmuş prezidentliyə namizəd Mitt Romni Amerikanın CBS kanalına müsahibə verərkən bildirib ki, ABŞ prezidenti Rusiyaya qarşı münasibətdə qətiyyətsizlik göstərib. Çünki situasiyanı vaxtında qiymətləndirə bilməyib.

M. Romninin fikrincə, ABŞ-ın xarici siyasətdəki uğursuzluğu Amerika liderinin Rusiyaya və onun məqsədlərinə sadəlöhv yanaşması ilə əlaqədardır. Mitt Romni hesab edir ki, B. Obama Rusiyanın Krıma müdaxiləsinin nəticələrini əvvəlcədən müəyyənləşdirə bilməyib, vəziyyətin qarşısını ala biləcək addımlar atmayıb. Beləliklə, başlıca məqamı ötürüb və müttəfiqləri ilə çox gec işləməyə başlayıb.

Romninin fikrincə, NATO-ya daxil olmaq istəyən ölkələr ABŞ prezidentinə dəstək verməli, müdafiə büdcəsinin azaldılmasından imtina etməlidir. Daha sonra Mitt Romni qeyd edib ki, raket əleyhinə mübarizə elementləri, planlaşdırıldığı kimi, Çexiyada və Polşada yerləşdirilməlidir.
1401 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09