Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

Azərbaycanda oğul atasını qətlə yetirib

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə martın 24-ü saat 03.00 radələrində qeydə alınıb.

İsmayıllı rayon sakini, ruhi xəstə Sadiq Həlimov evində ailə-məişət münaqişəsi zəminində atası Nadir Həlimova daşla xəsarət yetirib. N. Həlimov aldığı xəsarətdən hadisə yerində keçinib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S. Həlimov saxlanılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir./apa/
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 08:48