Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2014

Krım rəsmən Rusiyanın xəritəsində

Krım Respublikası bu gün rəsmən Rusiya Federasiyasının xəritəsinə daxil edilib. Həmin xəritə Rusiya Federasiya Şurasının rəsmi saytında yerləşdirilib.

Federasiya Şurasının yuxarı palatasında isə Krımın və federal əhəmiyyətli Sevastopol şəhərinin bayraqlarının Rusiya Federasiyası subyektlərinin bayraqlarının qalereyasına əlavə olunması ilə bağlı təntənəli mərasim keçirilib.

Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib ki, Rusiyanın ən müasir tarixində hələ belə bir hadisə olmamışdı: “Krımla Sevastopol doğma evlərinə qayıtdılar”.

V.Matviyenko onu da deyib ki, Rusiya Federasiyasının bayraqlarından və digər rəmzlərindən ibarət böyük yük bağlamaları artıq Krıma göndərilib.
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi