Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2013

Azərbaycanın 33 sülhməramlısı Əfqanıstana yola salındı

Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 33 hərbçisi bu gün Əfqanıstana yola salınıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbçilər rotasiya əsasında 2014-cü ilin aprel ayınadək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində xidmət edəcəklər.

Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı kontingentin şəxsi heyəti 6 aydan bir rotasiya əsasında dəyişdirilir.

Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlıları 2002-ci ilin noyabr ayından Əfqanıstanda İSAF tərkibində xidmət edir. Hazırda ƏfqanıstandaAzərbaycan Silahlı Qüvvələrinin 94 hərbçisi Türkiyə taborunun tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı